Ulu öndər Heydər Əliyevin xatirəsi Dubayda anılıb

Ulu öndər Heydər Əliyevin xatirəsi Dubayda anılıb
09 Dek 2016 12:42

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin, Dubay və Şimal Əmirliklərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

İştirakçılar Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Qardaş Türkiyə, eləcə də MDB ölkələrinin baş konsullarının, SOCAR-ın və diasporumuzun Dubay şəhərindəki nümayəndələrinin, Dubay Gömrüyünün və Skaylayn (Skyline) Universiteti əməkdaşlarının, Dubay və Şarca Əmirliyində təhsil alan azərbaycanlı tələbələrin, yerli KİV nümayəndələrinin və digər qonaqların qatıldıqları anım mərasimində çıxış edən səfir Daşqın Şikarov ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə müfəssəl məlumatlar çatdırıb.

Səfir Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi üzərində ətraflı dayanıb. Vurğulayıb ki, məhz Heydər Əliyevin Vətəninə və xalqına hədsiz sevgi və sədaqəti kimi şəxsi keyfiyyətləri, eləcə də müxtəlif yüksək postlara rəhbərliyi zamanı əldə etdiyi idarəçilik təcrübəsi və inkişaf məsələlərində strateji yanaşması ölkəmizin dərin tənəzzüldən çıxmasına şərait yaratdı. Sovet İttifaqının geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycan çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoydu. Ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət aldı. Kənd təsərrüfatı istehsalı dəfələrlə artırıldı, yüzlərlə yeni sənaye müəssisəsi inşa edildi.

Azərbaycanın gələcək siyasi müstəqilliyinin möhkəm iqtisadi təməli məhz həmin illərdə yaradıldı. Bunu belə bir fakt da sübut edir ki, keçmiş SSRİ məkanında İttifaq büdcəsindən dotasiya almayan iki respublikadan biri Azərbaycan idi. Bu illər Azərbaycan tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan verdi, tarixi ənənələrinin, dilinin qorunmasına şərait yaratdı.

Sonra səfir qonaqların diqqətini dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkəmizin başı üzərini almış təhlükələrə yönəldərək deyib: O vaxt çoxları Azərbaycanın bu qədər böyük təhlükələrdən qurtula biləcəyinə və müstəqilliyini qoruyub saxlayacağına inanmırdı. Lakin Heydər Əliyevin bizim hamımızın canlı şahidi olduğumuz vətəndaş hünəri, siyasətçi qəhrəmanlığı tarixin gedişini dəyişdi və Azərbaycan üçün yazılmış ssenariləri alt-üst etdi.1993-cü ilin iyun ayında Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından dönə bildi.

Daşqın Şikarov Ulu Öndərin “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir” haqda kəlamını xatırlayaraq, bu dahi fikirlərin Ümummilli Liderin o dövrdəki fəaliyyətinin əhəmiyyətini çox dəqiq ifadə etdiyini qonaqların diqqətinə çatdırıb.

Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdəki rəhbərliyi dönəminə nəzər salan səfir vurğuladı ki, bu illər ərzində Azərbaycanda demokratik dəyərlər bərqərar oldu, ictimai-siyasi sabitlik yarandı, islahatlar geniş vüsət aldı, həyatın bütün sahələrdə misli görünməyən inkişaf başladı. Məhz Ulu Öndərin uzaqgörənliyi və qlobal düşüncə qabiliyyəti hesabına enerji, nəqliyyat və digər sektorlarda öz müstəsna aktuallığını bu gün bariz şəkildə göstərən milli strategiyalar işlənib hazırlandı. Həmin strategiyaların milli iqtisadiyyatımıza on milyardlarla dollarla xarici kapital axmasını təmin etdi.

Ümummilli liderin uğurlu xarici diplomatiyası barədə də dolğun məlumat verən səfir diqqətə çatdırdı ki, bu uğurlu siyasi kurs və inkişaf xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və zənginləşdirilir. Son 13 il ərzində ölkəmizin keçdiyi dinamik inkişaf yolu, böyük geostrateji əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələri buna əyani sübutdur.

Ulu Öndərin parlaq xatirəsinin hər bir Azərbaycanlının qəlbində yaşadığını və əbədi yaşayacağını vurğulayan D.Şikarov qeyd etdi ki, Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dahi şəxsiyyətin zəngin irsinin yetişən nəsillərə ötürülməsi kimi ali vəzifənin öhdəsindən layiqincə gəlir. Səfir çıxışını Fondun çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumatlarla yekunlaşdırdı.

Sonra çıxış edən Baş konsul Pərviz İsmayılzadə Heydər Əliyev irsinin, siyasi həyatının Azərbaycan xalqı tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd olundu ki, dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyevin dərin zəkası, siyasi uzaqgörənliyi və polad iradəsi ilə hər şeyi yerinə qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan yüksək nəticələr Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradır.

Daha sonra tədbirdə ulu öndərin siyasi fəaliyyəti haqqında sənədli film nümayiş etdirildi. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filminə baxış oldu.

Sonda qonaqlar üçün Azərbaycan milli mətbəxinin ləziz təamlarından ibarət geniş süfrə açıldı.


5 Dek 2020
Siyasət

Ceyhun Bayramov və Yekaterina Zaxariyeva arasında telefon danışığı olub

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasının Baş nazirinin ədliyyə islahatları üzrə müavini, xarici işlər naziri Yekaterina Zaxariyeva ilə telefon danışığı baş tutub.

4 Dek 2020
Siyasət

Ərdoğandan Bakıya gözlənilən səfəri ilə bağlı VACİB AÇIQLAMA

“Qarabağ azərbaycanlı qardaşlarımızın torpaqlarıdır və 28 ildir ki, işğal altında idi”.

4 Dek 2020
Siyasət

Ərdoğan Makrona Azərbaycan Prezidentinin tövsiyəsi ilə cavab verdi - VİDEO

“Əziz qardaşım İlham Əliyevin Fransaya bir tövsiyəsi var. O deyib ki, erməniləri bu qədər sevirlərsə, Marseli onlara versinlər. Mən də eyni məsləhəti verirəm”.

4 Dek 2020
Siyasət

Şentop: “Dağlıq Qarabağı tanıma qərarı verən parlament yalnız Fransa nağıllarında ola bilər”

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Fransa parlamentinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərarının təsdiqlənməsinə münasibət bildirib.

4 Dek 2020
Siyasət

Mehriban Əliyevadan Vətən Müharibəsi şəhidləri ilə bağlı paylaşım - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Vətən Müharibəsi şəhidləri ilə bağlı paylaşım edib.