Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında müstəsna rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 9-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar keçirilən anım tədbirində səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanıb.
Qeyd olunub ki, Azərbaycanda Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər daim veteranların problemlərini xüsusi diqqətdə saxlayaraq onların həlli üçün müvafiq göstərişlər verib.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışıblar.
Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Azərbaycan ərazisində yanvarın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76 ABŞ dolları, yaxud 0,92% azalaraq, 81,23 ABŞ dolları olub.