Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Daşkənddə müxtəlif tədbirlər keçirilib

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Daşkənddə müxtəlif tədbirlər keçirilib
13 Dek 2016 14:11

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Daşkənddə müxtəlif tədbirlər keçirilib.

Azərbaycanin Özbəkistandakı səfirliyinin foyesində Ümummilli Liderin büstü önünə əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Səfir Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin möhkəmlənməsində mühüm rolundan danışıb.

Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında da Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub.

Mərkəzin foyesində “Ulu öndər Heydər Əliyev fotoşəkillərdə” adlı fotosərgiyə baxış keçirilib.

Səfirlik və Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “Türküstan” sarayında internet evlərinin uşaqları üçün keçirilən xeyriyyə festivalına qoşulub. Azərbaycan tərəfi xeyriyyə festivalında builki iştirakını ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edib və festivalın rəsmi sponsoru olub.

Tədbirdə Daşkənd Şəhər Hakimiyyətinin nümayəndəsi Axmadcon Muxammedov çıxış edərək şəhərdə fəaliyyət göstərən onlarla internat evinin minə yaxın fiziki qüsurlu və valideyndən məhrum uşaqları üçün təşkil olunan tədbirin əhəmiyyətindən danışıb, uşaqlara qayğının vacib olduğunu qeyd edib. O, xeyriyyə festivalına qoşulan bütün təşkilatlara, o cümlədən Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Hüseyn Quliyev Azərbaycan-Özbəkistan dostluğu haqqında danışıb, liderlərimiz Heydər Əliyev və İslam Kərimovun əsasını qoyduqları dostluq münasibətlərinin əbədi olacağına əminliyini ifadə edib.

Səfir gələcəyimiz olan uşaqları qorumaq, onlara yüksək qayğı göstərmək, yaxşı təhsil verməklə cəmiyyət üçün faydalı vətəndaşlar yetişdirilməsi məsələlərindən də söhbət açıb.

Festivalda Daşkənddəki internat evlərinin fiziki qüsurlu uşaqları maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Onlar özbək və dünya xalqlarının musiqilərini və rəqslərini, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri isə milli rəqslərimizi ifa ediblər.

Tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və internet məktəblərinə səfirliyimiz və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub, “Turon” restoranında uşaqlara nahar verilib və müxtəlif sovqatlar paylanılıb.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.