Ulu öndər Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edib

Ulu öndər Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edib
14 Dek 2016 09:23

Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə səfirliyin əməkdaşları, Belarusda yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və diaspor nümayəndələri iştirak ediblər.

Müvəqqəti işlər vəkili Zülfüqar Tanarverdi tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə iştirakçılara məlumat verib. O, Heydər Əliyevin bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etdiyini, öz fəaliyyətində həmişə xalqa arxalandığını, ən çətin anlarda ona müraciət etdiyini bildirib. Diplomat Heydər Əliyev şəxsiyyətinin bütün parametrləri ilə xalqına, millətinə nümunə olduğunu qeyd edib və hər bir azərbaycanlının onun memarı olduğu müstəqil Azərbaycanın daha da qüdrətlənməsi yolunda var gücü ilə çalışmalı olduğunu vurğulayıb.

Z.Tanarverdi Ulu Öndərin milli inkişaf strategiyasının hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla davam etdirildiyini bildirib.

Sonra Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov çıxış edərək ümummilli lider Heydər Əliyevin xaricdə Azərbaycan diasporunun formalaşmasında əvəzsiz xidmətləri barədə məlumat verib.

Tədbirdə Maksim Tank adına Belarus Pedaqoji Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin belaruslu tələbələri Ümummilli Liderə həsr olunan şeirlər söyləyib, mərkəzin rəhbəri Salatın Mirzəyeva çıxış edib.

Sonda mərasim iştirakçıları səfirliyin muzeyində Azərbaycan-Belarus münasibətlərinin dostluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin əvəzsiz xidmətlərinə dair foto və kitablardan ibarət sərgi ilə tanış olublar. Daha sonra tədbir iştirakçılarına müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevə həsr edilmiş sənədli film göstərilib.


18 Mar 2025
Siyasət

Ceyhun Bayramov Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayrampv Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib.

18 Mar 2025
Siyasət

Baş nazir qəzalı binalarla bağlı müşavirə keçirdi

Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.

18 Mar 2025
Siyasət

Azərbaycana İsraildən gələnlərin sayı 4 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 162 ölkədən 338,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

18 Mar 2025
Siyasət

Mehriban Əliyeva Azərbaycan xalqının İlaxır çərşənbəsini Ağdərədən təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını İlaxır çərşənbə münasibətilə təbrik edib.

18 Mar 2025
Siyasət

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubları ünvanlayıb.