“Ukrzaliznıtsa” publik səhmdar cəmiyyətinin (PSC) filialı olan “İstehsalatın Təminatı Mərkəzi” təbii qazın tədarükü ilə bağlı keçirdiyi tenderdən SOCAR-ın Ukraynadakı törəməsini kənarlaşdırıb.
REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Tender komissiyasının elanında bildirilir.
Məlumata əsasən, Tender komissiyası bu qərarın qəbul olunmasının səbəbi kimi treyderin (“SOCAR-Ukraine”) analoji razılaşmaların yerinə yetirilməsinə dair təcrübəsinin olması ilə bağlı müvafiq sənədlərin olmamasıdır.
Tenderin şərtlərinə görə, qalib şirkət 36,6 mln. kubmetr həcmində təbii qaz nəql etməlidir.
“SOCAR-Ukraine” ilə yanaşı, “Ukrzaliznıtsa” müxtəlif səbəblərə görə, “Esko-Pivniç”, “UMVB Qrup” və “Enerqokom” şirkətlərini də tenderdən kənarlaşdırıb.
“SOCAR-Ukraine” 2008-ci ildə yaradılıb. Hazırda Ukraynada SOCAR brendi altında 60 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
Xatırladaq ki, SOCAR Ukrayna bazarında artıq təbii qaz ticarətinə başlayıb. 2016-cı ilin dekabrın 14-də imzalanan müqaviləyə əsasən, “SOCAR-Ukraine” “Ukrtransqaz” dövlət şirkətinə 180 mln. kubmetr qaz nəql etməlidir.
Dekabr ayının 30-da isə “SOCAR-Ukraine” “ERU Trading” şirkəti ilə 131 mln. kubmetr həcmində təbii qazın alqı-satqısına dair müqavilə imzalayıb.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.