Ukraynanın analitik portalında Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə yerləşdirilib

Ukraynanın analitik portalında Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə yerləşdirilib
13 Dek 2016 09:11

Ukraynanın nüfuzlu “Versii com. Fabrika analitiki” portalı hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin “Heydər Əliyevin xatirəsinə” adlı geniş məqaləsini yerləşdirib.

Müəllif xatırladır ki, dahi siyasi xadim və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri haqqında hələ sağlığında danışılmağa başlanıldı. Onun parlaq zəkası və iti intellekti sərhəd tanımırdı. Həyatını Vətənə, ölkəyə və xalqa xidmətə həsr edən rəhbərlər və qəhrəmanlar heç vaxt unudulmur. Məqalədə deyilir ki, Heydər Əliyev artıq 13 ildir aramızda olmasa da, bu gün dünyanın istənilən məkanında Azərbaycan haqqında danışılırsa, Heydər Əliyev yada düşür, Heydər Əliyev xatırlandıqda isə göz önünə Azərbaycan gəlir.

Heydər Əliyevin zəngin həyat yolu, Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri haqqında ətraflı bəhs edən müəllif yazır ki, 1993-cü ildə, ölkə uçurumun kənarında olarkən xalq öz əfsanəvi liderinə müraciət etdi. Ermənistanın təcavüzü geniş miqyas alır, daxili münaqişələr ölkəni vətəndaş müharibəsinə sürükləyirdi. Azərbaycan batmaqda olan gəmini xatırladırdı: fabrik və zavodlar fəaliyyət göstərmirdi, əməkhaqqı aylarla verilmirdi, mağazalarda isə növbələrin sonu görünmürdü. Yalnız ümid vardı. İnsanlar qurtuluş və xilaskar axtarırdı. O vaxtlar Heydər Əliyev dövrünün bir çox siyasətçilərinə xas olmayan keyfiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olduğunu nümayiş etdirdi.

Məqalədə xüsusi vurğulanır ki, hələ sağlığında Azərbaycan xalqının ümummilli lideri kimi tanınan Heydər Əliyevə xalq məhəbbəti tükənmək bilmir. O hər bir azərbaycanlı üçün təkcə ölkənin istedadlı rəhbəri kimi yox, həm də böyük şəxsiyyət kimi ideala çevrilib.

Heydər Əliyevin Ukrayna qarşısında xidmətlərinə də məqalədə geniş yer verilib. Müəllif xatırladır ki, 1980-ci illərin sonunda bu dahi şəxsiyyət böyük ekoloji fəlakətlə nəticələnə biləcək Dunay və Dnepr çaylarını birləşdirmək layihəsinin müəlliflərini bu fikirdən daşındıra bildi. Bundan əlavə, Heydər Əliyevin köməyi ilə “Obolon” zavodu tikilib istifadəyə verildi. Heydər Əliyevin təşəbbüsü ilə uşaq qidaları fabriki inşa olundu, o, həmçinin Kiyev metropoliteninin tikintisinə kömək etdi.

Ümummilli lider Kiyev şəhərinin fəxri vətəndaşı, Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adına layiq görülüb. Kiyevdə, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin yaxınlığındakı park onun adını daşıyır. Azərbaycandan kənarda Heydər Əliyevə ilk abidə məhz Kiyevdə ucaldılıb.

Məqalənin sonunda professor A.Quliyev yazır: “Vaxt keçəcək və mən əminəm, ümummilli liderin hərtərəfli fəaliyyətinin nəticələrinə əsaslanaraq, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız azad ediləcək, qaçqınlar doğma ocaqlarına qayıdacaq və Qarabağda Azərbaycanın bayrağı dalğalanacaq”.

Materialın tam mətni ilə “Versii com. Fabrika analitiki” portalının resursunda tanış ola bilərsiniz: http://versii.com/news/358089/


18 Yan 2025
Siyasət

Hakan Fidan və Ceyhun Bayramov mətbuata birgə açıqlama verirlər

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Xarici İşlər Nazirliyində mətbuata birgə açıqlamalar verirlər.

18 Yan 2025
Siyasət

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

18 Yan 2025
Siyasət

Hakan Fidan Ceyhun Bayramovla görüşüb

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. 

18 Yan 2025
Siyasət

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.

18 Yan 2025
Siyasət

Cəbrayıl sakini: "Yoldaşımla çıxdığım doğma torpağıma indi nəvələrimlə qayıdıram"

"Ömrümüzün ən gözəl günlərini Cəbrayılda yaşamışıq. İndi artıq nəvələrimlə qayıdıram Vətənə".