Ukraynada Azərbaycan diasporunun milli parlamenti yaradılır

Ukraynada Azərbaycan diasporunun milli parlamenti yaradılır
21 Dek 2016 10:45

Ukraynada Azərbaycan diasporunun parlamenti yaradılır.

Bu barədə Trend-ə Ukrayna Azərbaycanlıları Konqresindən məlumat verilib.

Bildirilir ki, Ukrayna Azərbaycanlıları Konqresi yeni inkişaf strategiyasını açıqlayıb. Təməli 1997-ci ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Ukrayna Azərbaycanlıları Konqresi müasir tələbləri nəzərə alaraq nizamnaməsində bir sıra dəyişikliklər edib. Kiyevdə bir araya gələn Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyəti və regional təşkilatlarının sədrləri konqresin gələcək fəaliyyət proqramını müzakirə ediblər.

İclasda qonaq qismində iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Azərbaycanın dövlət strategiyasında milli diasporumuzun inkişaf etdirilməsinin əsas priaritetlərdən biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycan həqiqətlərinin, xüsusən də, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun üzərinə düşən tarixi missiyadan bəhs edib. Ukraynada fəaliyyət göstərən Azərbaycan icmalarını birlik və həmrəyliyə səsləyən A.Xudiyev Azərbaycanın milli dövlətçilik məfkurəsi istiqamətində fəaliyyət göstərən hər bir soydaşımıza səfirlik tərəfindən istənilən dəstəyin veriləcəyini vurğulayıb. Səfir son bir ayda Sumı, Nikolayev və Jitomir vilayətlərinə səfər etdiyini və səfər çərçivəsində Azərbaycan diasporunun səmərəli fəaliyyəti ilə tanış olduğunu bidirərək, tədbirə qatılanları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edib.

Sonra Konqresin yeni nizamnaməsi ətrafında müzakirələr aparılıb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev, Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğun qurulması üçün yeni inkişaf proqramının hazırlandığını bildirib. Ukraynanın 24 vilayətində fəaliyyət göstərən BUAK-ın regional təşkilatlarının vahid mərkəzdən idarə olunması, gələcəkdə Ukraynanın seçkili orqanlarına, dövlət və höhumət strukturlarına inteqrasiya mexanizminin tətbiq olunması üçün Konqresin nəzdində, nüfuzlu şəxslərdən, elm və iş adamlarından ibarət parlamentin yaradılması üçün qurumun nizamnaməsində dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.

R.Tağıyev bildirib ki, nizamnaməyə əsasən Konqresin Parlamenti ildə ən azından 2 dəfə toplaşaraq milli diasporun qarşısında duran məsələləri müzakirə edəcək. Ukrayna üzrə parlamentin hər vilayətdən bir nəfər olmaqla 30 nəfər üzvü seçiləcək. Konqresin vilayət təşkilatlarının sədrləri nizamnaməyə olunan dəyişiklikləri geniş müzakirə edərək, təmsil olunduqları qurumun parlamentinin yaradılmasını səs çoxluğu ilə qəbul ediblər. Regional təşkilatlar 2 ay müddətində parlamentin üzvlərini seçərək, mart ayında qanunverici orqanın ilk iclasını keçirəcək. İclasda Konqresin parlamentinin sədri və müavinləri seçiləcək.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.