Donbasda vəziyyətin gərginləşməsi Ukrayna prezidenti Petro Poroşenkonu Almaniyaya səfərini yarımçıq qoymağa məcbur edib.
APA-nın “Ukrayna 112”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko bildirib.
Ötən gün Donbasda Avdeyevka şəhəri yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında şiddətli döyüş baş verib. Şəhərin sənaye zonasının atəşə tutulması nəticəsində yerli əhali işıqsız və susuz qalıb.
Ukrayna müdafiə nazirliyinin məlumatına əsasən, ötən gün separatçılar Avdeyevka şəhəri yaxınlığında Ukrayna ordusunun mövqelərini atəşə tutduqdan sonra hücuma keçiblər. Döyüşlər fasiləsiz olaraq 19 saat davam edib, hücum dəf edilib. Baş verən toqquşmalarda 4 Ukrayna hərbçisi həlak olub, 9-u yaralanıb, separatçılar 15 nəfər itirib.
Gürcüstanda koronavirusun Britaniya ştammına 31 yoluxma halı təsdiqlənib.
Dünya pandemiyanın öhdəsindən 2022-ci ilin əvvəlində gələcək, lakin bu, koronavirusun yox olacağı demək deyil.
Əfqanıstanın şimalındakı Bədəxşan vilayətindəki dağlıq ərazidə qar uçqunu baş verib.