Ukraynada yaşayan azərbaycanlılar son zamanlar azərbaycanlı iş adamlarına və Azərbaycan şirkətlərinə məxsus yük dolu maşınların bu ölkədə ard-arda oğurlanması ilə bağlı Baş Prokurorluq, Milli Polis və Təhlüksəzilik Xidmətinin rəhbərliyinə müraciət ünvanlayıblar.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporundan (UABD) "Report"a verilən məlumata görə, məktubda artıq intensiv xarakter alan bu halın qarşısının alınması, oğurlanan ağır tonnajlı və yüksək maddi dəyərə malik yük maşınlarının tapılması tələb olunub.
Müraciətdə son günlər Ukraynada baş verən iqtisadi islahatlar, xarici investorların ölkəyə cəlb edilməsi üçün cəhdlər fonunda bu oğurluqların arzuolunmaz nəticələrə gətirib çıxarma təhlükəsi də xatırladılıb. Həmçinin son zamanlar azərbaycanlılara qarşı artan cinayət hadisələri ilə yanaşı, iş adamlarının əmlaklarına qarşı da təcavüzün vüsət almasından olduqca ciddi narahatlıq ifadə olunub.
Məktuba UABD rəhbəri Hikmət Cavadov başda olmaqla, təşkilatın bütün vilayətlər üzrə rəhbərləri, o cümlədən bir sıra vilayətlərin azərbaycanlılar konqresinin rəhbərləri də qoşulublar.
Qeyd edək ki, son günlər Ukraynada Azərbaycanın “Azərsun Holding”, “Veysəloğlu”, “Dapna LTD” və digər şirkətlərinə məxsus, vasitəçilikdə öhdəçiliyi də azərbaycanlı iş adamları olan yüklərin olduğu 18-dək ağır tonnajlı maşınlar naməlum şəxslər tərəfindən oğurlanıb. Yük maşınlarının hər birinin maddi dəyərinin 200-300 min ABŞ dolları olduğu bildirilib. Zərərçəkənlər arasında Ukrayna İvano-Frankovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri, iş adamı Mətləb Nəcəfov da var. Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı xeyli vaxt keçməsinə baxmayaraq heç bir ölçü götürməyib.
Fevralın 26-da parlamentin inzibati binasının foyesində Milli Məclisin Sədri Sahibə Qafarovanın iştirakı ilə YARAT Müasir İncəsənət Mərkəzinin rəssamı, Belçika Kral İncəsənət Akademiyasının məzunu Ramal Kazımın Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi nümayiş olunub.
Rusiya Prezidenti Vladimir Putin bu gün ölkəsinin Təhlükəsizlik Şurası ilə keçirdiyi operativ iclasda Dağlıq Qarabağdakı yaşayış məntəqələri ətrafındakı vəziyyəti müzakirə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan “29-cu ilində Xocalı soyqırımının düşündürdükləri” mövzusunda sərgi və konfrans keçirilib.
Parlament Jurnalistləri Birliyi (PJB) Milli Məclisin sonuncu iclasında spiker Sahibə Qafarovanın söylədiyi “Hazırda Qarabağ döyüş bölgəsi deyil” sözlərini kontekstdən çıxaranların sosial şəbəkələrdə yanlış təbliğat aparmalarından narahatlıq ifadə edib.