Ukrayna “Asan İmza” texnologiyası əsasında “Mobile ID” mobil elektron imzan tətbiq etməyi planlaşdırır

Ukrayna “Asan İmza” texnologiyası əsasında “Mobile ID” mobil elektron imzan tətbiq etməyi planlaşdırır
15 2017 15:16

Ukraynada “Asan İmza” texnologiyası əsasında “Mobile ID” mobil elektron imzanın tətbiq edilməsi müzakirə olunub.

“Asan İmza” xidmətinin operatoru olan “B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Ukraynanın elektron idarə edilməsi məsələləri üzrə Dövlət Agentliyi tərəfindən Kiyevdə təşkil olunmuş tədbirdə aparılıb.

Tədbir çərçivəsində həmin agentliyin əməkdaşları, mobil operatorlar, habelə beynəlxalq ekspertlər arasında Ukraynada mobil elektron imza xidmətinin (“Mobile ID”) tətbiq edilməsi ilə bağlı müzakirələr aparılıb. Mobil texnologiyaların gündəlik həyatda və peşəkar fəaliyyətdə yayılma səviyyəsini, mobil rabitənin 3G və LTE kimi yeni standartlarının tətbiqedilmə tendensiyalarını, eləcə də smartfonlara tələbatın artmasını nəzərə aldıqda, “Mobile ID” texnologiyası vətəndaşlara həm dövlət, həm də özəl müəssisələr tərəfindən elektron xidmətlərin təqdim olunması kontekstində ən perspektivli həll kimi ortaya çıxır. “Mobile ID” hüquqi dəyəri olan elektron sənədlərin yaradılması üçün şəxsiyyətin təsdiq edilməsinə xidmət edən elektron imzanın telefonun SIM-kartında yerləşdirilməsini nəzərdə tutur.

“Ukrayna üçün rəqəmsal bazarın inkişafında bu innovativ layihə həqiqətən sıçrayış mahiyyəti daşıya bilər. Mən çox şadam ki, agentliyin nümayəndələri ilə “Kiyvstar” mobil rabitə operatoru, habelə Aleksandr Rıjenko, Viktoriya Şevçenko, Vladimir Ostaşçuk və Yana Krimpenin timsalında beynəlxalq ekspertlərin birgə görüşü çərçivəsində biz “Mobile ID”nin tətbiqinin pilot layihəsinin iki ay davam edəcək ikinci, sonuncu mərhələsinə rəsmi start verdik. Eləcə də xatırlatmaq istərdim ki, artıq 2016-cı ilin sonunda biz Dövlət Torpaq Kadastrından elektron xidmətlərin əldə edilməsi sahəsində “Mobile ID”nin imkanlarını nümayiş etdirmişik. Mən əminəm ki, məhz 2017-ci il Ukraynada “Mobile ID”nin tətbiqi ili olacaq”, - deyə, görüşün sonunda Ukraynanın elektron hökumət məsələləri üzrə Dövlət Agentliyinin sədr müavini Aleksey Vıskub qeyd edib.

Qeyd edək ki, ötən ilin sonunda elektron hökumət məsələləri üzrə Dövlət Agentliyinin, Ukraynanın Ədliyyə Nazirliyinin, habelə “Kiyvstar” mobil rabitə operatoru kimi Ukraynanın dövlət və özəl struktur nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri baş tutub. Əsas məqsəd əhaliyə elektron xidmətlər və qabaqcıl texnologiya sahəsində Azərbaycan təcrübəsi ilə tanışlıqdan ibarət idi. Səfər çərçivəsində ukraynalı qonaqlar Azərbaycan Respublikası Vergilər Nazirliyində, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, habelə “Azercell Telecom” və “B.EST Solutions” şirkətlərində görüşlər keçiriblər. Görüşlər zamanı əsas diqqət “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidməti ilə bağlı məsələlərə ayrılmışdı. O cümlədən, Azərbaycanın mobil identitet ekosisteminin ümumi arxitekturası, dövlət və özəl sektorların əməkdaşlıq modeli əsasında sistemin komponentləri arasındakı qarşılıqlı əlaqə, mobil elektron imza ilə mümkün olan innovativ elektron xidmətlər kimi mövzular müzakirə olunub. Keçən ilin sentyabr ayında Ukraynada keçirilən “PKI Forum”da Ukraynanın milli elektron rəqəmsal imza sertifikatı ilə pilot rejimində sənəd imzalamaq imkanlı “Asan İmza” texnologiyasının analoqu nümayiş etdirilib. Azərbaycan ilə Ukrayna arasında sənədin pilot rejimində imzalanması “Asan İmza” xidmətinin operatoru hesab edilən “B.EST Solutions” şirkətinin, Ukrayna Ədliyyə Nazirliyinin sertifikat mərkəzinin, habelə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin texniki dəstəyi ilə həyata keçirilib. Bu əməkdaşlıq sayəsində hazırda Ukraynada Azərbaycanın “Asan İmza” mobil elektron imza texnologiyası əsasında bu ölkənin vətəndaşına milli sertifikatın verilməsi artıq uğurla sınaqdan keçirilib.

Kiyevdə keçirilən tədbirdə “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpenin qeyd etdiyi kimi dünyada ən təhlükəsiz mobil identitet texnologiyası olaraq “Asan İmza” elektron xidmətlərdə istifadəçilərin şəxsi məlumatlarına istənilən qeyri-qanuni giriş riskinin qarşısını alır, çünki xidmətin aktivləşdirilməsi üçün bütün lazımi məlumat yalnız istifadəçinin özünə məlumdur. Ukraynanın mobil operatorları və dövlət orqanları ilə keçirilən çoxtərəfli görüşlərdə xanım Yana Krimpe Ukraynanın xidmət provayderlərinin yüksək texnoloji səviyyələrini, onların elektron rəqəmsal imza məsələlərində bilik və səriştələrini, habelə bazarın innovativ xidmətlərin göstərilməsinə yüksək hazırlıq dərəcəsini qeyd edib.

“B.EST Solutions” şirkəti və “Asan İmza” komandası Azərbaycan texnologiyalarının qonşu ölkələrə ixrac edilməsi istiqamətində intensiv iş aparır. Məhz “Asan İmza” sayəsində “Mobile ID” xidmətinin bu gün Azərbaycan vətəndaşlarına əlçatan üstünlükləri Ukraynada da təqdim edə biləcək”, - deyə, Yana Krimpe qeyd edib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.