UNICEF: Dünyada 535 milyon uşaq münaqişə və təbii fəlakət zonalarında yaşayır

UNICEF: Dünyada 535 milyon uşaq münaqişə və təbii fəlakət zonalarında yaşayır
12 Dek 2016 12:24

Hazırda bütün dünya üzrə 535 milyon uşaq münaqişə və təbii fəlakət zonalarında yaşayır. Onlar lazımi qida, keyfiyyətli təhsil və tibbi yardım almaq imkanından məhrumdurlar.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) yeni hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, hazırda qlobal miqyasda hər dördüncü uşaq fövqəladə humanitar vəziyyət şəraitində yaşayır. Suriyanın 16 rayonunda yarım milyon uşaq humanitar yardım almır. Bundan başqa, Afrika regionunda 393 milyon uşaq münaqişələr və digər böhranlar şəraitində yaşayır. Yaxın Şərq və Şimali Afrika ölkələrində isə bütün uşaqların 12 faizi belə vəziyyətdə yaşamağa məhkumdur.

Münaqişələr, təbii fəlakətlər və iqlim dəyişiklikləri uşaqları qaçıb xilas olmağa, evlərini tərk etməyə məcbur edir. Onlar çox vaxt atəş altında olur, istismar və zorakılıq riskinə məruz qalırlar. Dünya miqyasında indiyə qədər 50 milyon uşaq məcburi köçkün həyatı yaşayır. Onların yarıdan çoxu belə vəziyyətə münaqişə nəticəsində düşüb. Yalnız Nigeriyanın şimalında 1,8 milyon nəfər məcburi köçkünə çevrilıb ki, onların da yarıdan çoxu uşaqlardır. Əfqanıstanda zorakılıq və silahlı toqquşmalar nəticəsində bütün uşaqların təxminən yarısının ibtidai təhsil almaq imkanı yoxdur. Yəməndə isə münaqişənin nəticələri bu və ya digər dərəcədə 10 milyon uşağın həyatını korlayıb.

UNICEF beynəlxalq birliyi həmin uşaqların iztirablarına göz yummamağa çağırıb.


11 Sent 2026
Cəmiyyət

Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşada yeni məscidin tikintisinin gedişatı ilə tanış olublar.

11 Sent 2026
Cəmiyyət

Dördüncü İqlim Həftəsi başa çatıb

Bakıda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi öz işinə yekun vurub.

11 Sent 2026
Cəmiyyət

Cəbrayıl Dövlətzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.

11 Sent 2026
Cəmiyyət

Xarici diplomatlar Xankəndidəki tikiş fabrikində - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində fəaliyyət göstərən "AzCotton" tikiş fabriki ilə tanış olublar. Diplomatlara bu istehsal müəssisəsinin fəaliyyəti  barədə məlumat verilib.

11 Sent 2026
Cəmiyyət

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb.