UNICEF Azərbaycanda hər bir uşaq üçün inkişaf konsepsiyasını irəli sürür

UNICEF Azərbaycanda hər bir uşaq üçün inkişaf konsepsiyasını irəli sürür
14 Dek 2016 11:45

Təsis edilməsinin 70-ci ildönümündə UNICEF dünyadakı uşaqlar üçün nail olunmuş olduqca böyük və əhəmiyyətli inkişafı bayram edir – və həyatları və gələcəkləri münaqişə, böhran, yoxsulluq, qeyri-bərabərlik və ayrı-seçkilik səbəbindən təhlükədə qalmaqda davam edən milyonlarla uşağa çatması üçün təkidli çağırışını yeniləyir.

Bu barədə Trend-ə UNICEF-n İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir.

“İşə başlamağımızdan yetmiş il keçdikdən sonra bizim qeyd etməyə çoxlu səbəblərimiz olduğu kimi, uşaqlar üçün görüləcək işlərimiz də hələ çoxdur”, deyə UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin (Edward Carwardine) söyləyir. “Azərbaycanda uşaqlar üçün həyat ildən-ilə yaxşılaşmaqdadır və biz istəyirik ki, bu inkişaf bütün ölkə boyu və hər bir şəraitdə hər bir uşağı əhatə etsin – öz keçmişimizi qeyd etdiyimiz kimi, bu da bizim gələcək üçün konsepsiyamızdır”.

UNICEF müharibədən sonrakı Avropada, Çində və Yaxın Şərqdə uşaqlara kömək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən yaradılmışdır. Bütünlüklə hökumətlər, vətəndaş cəmiyyətləri, özəl sektor və maraqlı vətəndaşlardan gələn könüllü ianələr hesabına maliyyələşməklə o, tezliklə öz əhatə dairəsini genişləndirir və artıq 1955-ci ildə 90-dan artıq ölkədə uşaqlarla iş aparırdı.

UNICEF Azərbaycanda öz işinə 1993-cü ildə başlamışdır. Burada onun ilk proqramları nəinki yalnız milli inkişaf prioritetlərinə yönəlmək üçün, eləcə də təxirəsalınmaz humanitar ehtiyacları qarşılamaq üçün işlənib hazırlanmışdır. UNICEF-in ölkə üzrə ilk proqramları əsas diqqəti peyvəndləmə, səhiyyə, reabilitasiya, qida, təhsil və uşaqların müdafiəsi kimi təxirəsalınmaz ehtiyaclara yönəltmişdir.

Hökümətlə və vətəndaş cəmiyyəti ilə birlikdə işləyərək UNICEF Azərbaycanda əhəmiyyətli inkişafa öz töhfəsini vermişdir, bunlara da – digər uğurlarla yanaşı – Azərbaycanı poliomielitdən azad ölkəyə çevirməyə və digər profilaktikaya tabe xəstəliklər təhlükəsinin azaldılmasına kömək, uşaqlar üçün təhsil standartlarının yaxşılaşdırılmasına kömək və əlilliyi olan uşaqlar üçün daha çox sinif otaqlarının açılması, məcburi köçkün düşərgələrində yaşayan uşaqlar üçün dəstək proqramları, uşaqların rifah halının yaxşılaşdırılması islahatlarının başlanmasına kömək, gənclər üçün idmanla məşğul olmaq və asudə vaxtlarını daha yaxşı keçirmək məqsədilə imkanların yaradılması və uşaq hüquqlarının Azərbaycanın qanunvericilik bazasına daxil edilməsi üçün tövsiyələr daxildir.

Azərbaycanda 70 illik yubiley mərasiminin əsas tədbirlər planına dekabr ayının 14-də Gənclər və İdman Nazirliyi ilə birlikdə gənclərin iştirakı ilə xatirə tədbiri, eləcə də uşaqlar üçün inkişaf məsələlərinin müzakirə edilməsi məqsədilə dekabr ayının 15-də Azərbaycan Milli Məclisində (Parlamentində) xüsusi görüş daxildir.

“Bu gün UNICEF Azərbaycanın uşaqlarına və gənclərinə və onların mümkün ola bilən ən yaxşı gələcəyinə həmişə olduğundan daha ciddi şəkildə istiqamətlənmişdir. Biz bütün uşaqların eyni imkanlara, eyni həyat şərtlərinə və öz hüquqlarına, eyni qayğıya malik olacaqları gələcəyə nail olmağa can atırıq”, deyə Karvardin qeyd etmişdir. “Mən inanıram ki, hər bir uşaq üçün sərmayəni təşviq etmək məqsədilə Hökumətdəki, Parlamentdəki, vətəndaş cəmiyyətindəki və beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarımızla birlikdə işləməklə biz öz konsepsiyamızın Azərbaycanın hər yerində bütün ailələr və icmalar üçün reallığa çevriləcəyinin şahidi olacağıq”.

UNICEF haqqında

UNICEF həyata keçirdiyi bütün fəaliyyətlərdə uşaqların hüquqlarını və rifahını dəstəkləyir. Biz ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqlarla əlaqə yaratmaq üçün xüsusi səy göstərməklə, dünyanın istənilən yerindəki uşaqların maraqları naminə tərəfdaşlarımızla birgə 190 ölkədə və bölgədə bu öhdəliyi praktik olaraq həyata keçirmək üçün fəaliyyət göstəririk.


19 Fev 2020
Cəmiyyət

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muxtar Respublikanın Nazirlər Kabineti yanında "ASAN xidmət" Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

19 Fev 2020
Cəmiyyət

Komaya düşən dairə sədri vəfat etdi — SON DƏQİQƏ

64 saylı Sabirabad seçki dairəsinin sədri Şükür İmanov dünyasını dəyişib.

19 Fev 2020
Cəmiyyət

Sabirabadda seçki dairəsinin sədri komaya düşdü

64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür İmanov komaya düşüb.