UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib
07 2017 13:38

UNEC-in rektoru, professor Ədalət Muradov, millət vəkili Tahir Mirkişili, UNEC-in Türk dünyası işlətmə fakültəsinin dekanı Fərrux Tuzcuoğlu və UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Türkiyənin Süleyman DəmirəlUniversitetində (SDU) səfərdə olublar.

UNEC-dən APA-ya bildirilib ki, dörd gün davam edən səfərin məqsədi iki universitet arasında əməkdaşlığın genişləndirilməsidir. Səfərin ilk günü nümayəndə heyətini İsparta şəhər valisi Şehmus Günaydın və İsparta Bələdiyyəsinin sədri Yusif Ziya Günaydınla görüşüblər. Ə.Muradov təhsilin inkişafının hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb. Şəhər valisi universitetlər arasında əməkdaşlığın tez bir zamanda ən üst səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib. Bələdiyyə sədri universitetlərarası münasibətlərin inkişafına tam dəstək olacağını bildirib 

SDU-nun rektoru, professor İlker Hüseyn Çarıkçı ilə görüşdə Ə. Muradov UNEC-də fəaliyyət göstərən Türk dünyası işlətmə fakültəsinin işinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Bu istiqamətdə birgə fəaliyyətlə bağlı görüləcək işlər müzakirə edilib. Görüşdə həmçinin, yaxın zamanda iki universitet arasında ikili diplom layihəsinin reallaşdırılması ilə bağlı ilkin razılıq əldə edilib.

Nümayəndə heyətinə SDU-da distant təhsilin reallaşdırılması sahəsində əldə edilən uğurlar barədə ətraflı məlumat verilib. SDU-nun Türkiyədə bu sahədə böyük təcrübəyə, həmçinin zəngin maddi-texniki bazaya malik olduğunu diqqətə çatdırılaraq, prosesin texniki tərəfləri praktiki nümunələrlə təqdim edilib. Nümayəndə heyəti həmçinin SDU-da katiblik işinin təşkili, iş prinsipi və digər strukturlarla qarşılıqlı fəaliyyəti ilə maraqlanıblar. Eyni zamanda, SDU-nun “Bilgi Mərkəzi” adlanan mərkəzi kitabxana ilə tanış olublar.

Səfər çərçivəsində UNEC-in nümayəndə heyəti SDU-da təşkil edilən “Müstəqilliyin 25-ci ilində Azərbaycan” adlı konfransa qatılıb. T.Mirkişili Azərbaycanın müstəqillik illərində daxili və xarici siyasətdə əldə etdiyi uğurlardan və iqtisadi nailiyyətlərdən söz açıb. Ə.Muradov həmin dövrdə Azərbaycanda təhsil sferasında görülən işlər və əldə edilən uğurlar, təhsilin maddi-texniki bazasının gücləndirilməsi və peşəkar kadrların dünyanın aparıcı təhsil mərkəzlərində hazırlanması ilə əlaqədar dövlətin reallaşdırdığı tədbirlərdən danışıb. UNEC-in son 3 ildə əldə etdiyi nailiyyətləri vurğulayıb.

Nümayəndə heyəti SDU-da iqtisadyönümlü təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb. Görüşdə UNEC-in rektoru Ədalət Muradov və millət vəkili Tahir Mirkişili tələbələrin təəssüratlarını dinləyərək, onları maraqlandıran sualları cavablandırıblar.

Səfər çərçivəsində nümayəndə heyəti Süleyman Dəmirəlin məzarını və ev muzeyini ziyarət ediblər. Eyni zamanda, yeni istifadəyə verilən Turan Yazqan adına İsparta Etnoqrafiya Muzeyində olublar.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.