UNEC-in badmintonçuları güclərini sınayıblar

UNEC-in badmintonçuları güclərini sınayıblar
27 Dek 2016 10:15

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) badminton yarışı keçirilib. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən yarışın məqsədi badmintonun təbliği, UNEC-də bu idman növünə olan marağın artırılması, gəncləri sağlam həyat tərzinə sövq etməkdir.

Fakultələr arasında təşkil edilən yarışda 60 tələbə qüvvəsini sınayıb. Badmintonçu qızlar arasında I yerə Əmtəəşünaslıq fakultəsinin tələbəsi Anna Jeleznyak layiq görülüb. II yerdə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Anelya Balabayeva, III yerdə İqtisadiyyat fakultəsinin tələbəsi Sara Nəzirli qərarlaşıb.

Badmintonçu oğlanlar arasında İqtisadiyyat fakultəsinin tələbəsi Qurban Qurbanov 1-ci olub. Rus İqtisadiyyat Məktəbinin tələbələri Məhərrəm Məhərrəmov II, Ömər Əzizli isə III yeri qazanıb.

Qarışıq qoşa yarışlarda ilk yerə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Ömər Əzizli və Əmtəəşünaslıq fakultəsinin tələbəsi Anna Jeleznyak yüksəlib. II yeri İqtisadiyyat fakultəsinin tələbələri Qurban Qurbanovla Sara Nəzirli bölüşüb. III yerdə isə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Məhərrəm Məhərrəmov və İqtisadiyyat fakultəsinin tələbəsi Arzu Zeynallı qərarlaşıb.
Yarışlarda Rus İqtisadiyyat Məktəbinin tələbələri xüsusi fəallıqları ilə seçilərək, I yerə layiq görülüblər. İqtisadiyyat fakultəsi II, Əmtəəəşünaslıq fakultəsi isə III yeri qazanıb.
Qaliblərə diplom və hədiyyə təqdim edilib.Yarışın təşkilatçısı UNEC-in “İdmançı” idman klubu və Tələbə Gənclər Təşkilatıdır.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.