Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Almaniyanın Siegen Universitetinin birgə hazırladığı “EE-KEY-AZ. Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması məşğulluğun əsas amili kimi” layihəsi uğurla davam etdirilir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində bu ali məktəbin Almaniyada səfərdə olan müəllimləri Raqif Qasımov, Anar Hüseynov və Aysel Quliyevanın dissertasiyaları Siegen Universitetinin doktorantlar şurasında müzakirə edilib.
Görüşdə UNEC-in müəllimlərinin dissertasiya planları təqdim edilib, dissertasiyalar ilə əlaqədar Siegen Universitetinin doktorant və magistrlərinin təklif və tövsiyələri dinlənilib.
Qeyd edək ki, magistr və doktorantura tələblərindən təşkil edilən Siegen Universitetinin doktorantlar şurası qəbul edilən illik qrafik əsasında ayda bir dəfədən az olmayaraq görüşlər keçirir. Görüşlərdən öncə şura sədri və onun köməkçisi üzvlərdən dissertasiyanın istiqamətini, mövzusunu, metodologiyasını və aktuallığını əhatə edən təqdimatların hazırlanmasını tələb edirlər. Görüşdə təqdimatlar müzakirə olunur, dissertasiya ilə əlaqədar növbəti dövr üçün tələblər müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidin söküldüyü müəyyən edilib.
“Azərsu” ASC Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrində yeni layihənin icrasına başlayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində Qubadlı rayonunda ağacəkmə aksiyası keçirilib.