UNEC-də elmi seminar: “Azərbaycan iqtisadiyyatı son bir ildə”

UNEC-də elmi seminar: “Azərbaycan iqtisadiyyatı son bir ildə”
27 2017 10:27

UNEC-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ilə bağlı elmi seminar keçirilib.

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarda Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov məruzə ilə çıxış edib. Məruzəçi Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə, onun tapşırıq və tövsiyələrinə xüsusi diqqət çəkərək, qeyd olunan müddətdə əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.

Bildirib ki, dünyada, o cümlədən Avropa ölkələrində cərəyan edən iqtisadi böhrana, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı və real sektorda artım olub. Ötən bir ildə qeydə alınan statistik göstəricilər də bunu deməyə əsas verir. 2016-cı ildə iqtisadi inkişafla bağlı çox önəmli addımlar atıldığını vurğulayan Z.Məmmədov cari ildə ölkə başçısının imzaladığı qərar, qanun və sərəncamları diqqətə çatdırıb. İqtisadi islahatların daha da dərinləşərək qeyri-neft sektorunun hesabına inkişaf edəciyini bildirib.

Tədbirdə UNEC-in professorları müzakirə olunan məsələlərin müxtəlif aspektləri ilə əlaqədar çıxış ediblər. Ölkə iqtisadiyyatının mövcud durumu və meylləri haqqında danışaraq, təkliflərini səsləndiriblər. Bildirilib ki, qlobal böhran şəraitində dünya bazarlarında neftin ucuzlaşması baş verib. Nəticədə ölkəyə daxil olan valyuta axını azalıb. İl ərzində Azərbaycan manatının məzənnəsinin düşməsi meylləri davam edib. Problemi həll etmək məqsədilə həm maliyyə mexanizmlərindən, həm də beynəlxalq təcrübədən istifadənin zəruriliyi qeyd olunub. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu yolla ixrac potensialının yüksəldilməsi üçün ölkədə yüksək rəqabətqabiliyyətli regional klasterlərin yaradılması, investisiya iqliminin daha da yaxşılaşdırılması və bu yolla ölkə iqtisadiyyatının qlobal təkrar istehsal zəncirlərinə qoşulmasının təmin edilməsi təklif edilib.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


26 Sent 2023
Cəmiyyət

Quba şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı seçilib

Quba şəhəri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirlərinin növbəti görüşünə qədər qurumun kənd təsərrüfatı paytaxtı seçilib.

26 Sent 2023
Cəmiyyət

Azərbaycan Macarıstanla iqtisadi-ticari əməkdaşlığın perspektivlərini müzakirə edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.

26 Sent 2023
Cəmiyyət

Xınalıqda 20 evdə bərpa işləri aparılır - FOTO

“Hazırda Quba rayonunun Xınalıq kəndində 20 evdə bərpa işləri aparılır”.

26 Sent 2023
Cəmiyyət

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 km-lik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.

26 Sent 2023
Cəmiyyət

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub.