UEFA oxucularının səsverməsi əsasında 2016-cı ilin komandası müəyyənləşib

UEFA oxucularının səsverməsi əsasında 2016-cı ilin komandası müəyyənləşib
07 2017 11:59

UEFA oxucularının səsverməsi əsasında 2016-cı ilin komandası və rəmzi “11-lik” məlum olub.

AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 2016-cı ilin komandası İspaniyanın “Real Madrid” klubu seçilib. Belə ki, “kral” klubu 24 faiz səs toplayıb. Bundan başqa “Barselona” (16%), “Mançester Yunayted” (6%), “Yuventus” (5%), “Arsenal” (4%) komandaları ilk beşlikdə qərarlaşıb.

İlin simvolik komandasında da ən çox İspaniyanın “Real Madrid” komandasının üzvləri təmsil olunub. Belə ki, azarkeşlərin ən çox dəstəklədiyi 4-3-3 taktikasında “kral” klubundan dörd, “Barselona”dan üç, “Yuventus”dan iki, “Atletiko Madrid” və “Bavariya”dan bir futbolçu yer alıb. Fanatların səsverməsinə əsasən, “11-lik”də qapıçı Canluici Buffon (“Yuventus”), müdafiəçilər Serxio Ramos (“Real Madrid”), Cerard Pike (“Barselona”), Jerom Boatenq (“Bavariya”), Leonardo Bonuççi (“Yuventus”), yarımmüdafiəçilər Andres İnyesta (“Barselona”), Toni Kroos (“Real Madrid”), Luka Modriç (“Real Madrid”), hücumçular Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Real Madrid”) və Antuan Qrizman (“Atletiko Madrid”) yer alıblar.

Futbolçuların seçimi zamanı isə qapıçılardan C.Buffon (50%), müdafiəçilərdən S.Ramos (75%), yarımmüdafiəçilərdən L.Modriç (59%), hücumçulardan K. Ronaldo (69%) istifadəçilərin ən çox etimadını qazanıb.


11 Fev 2025
İdman

Azərbaycan taekvondoçusu Türkiyədəki beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu Ülvi Məmmədov (37 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində gümüş medal qazanıb.

11 Fev 2025
İdman

Azərbaycanın güləş millisi Xorvatiyada təlim-məşq toplanışına start verib

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi reytinq turnirindən sonra Xorvatiyada qalaraq təlim-məşq toplanışına start verib.

11 Fev 2025
İdman

Azərbaycan Premyer Liqası: "Qarabağ" klubu "Səbail"lə üz-üzə

Bu gün Azərbaycan Premyer Liqasının XXII turuna yekun vurulacaq.

10 Fev 2025
İdman

Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyada bürünc medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində bürünc medal qazanıblar.

10 Fev 2025
İdman

Azərbaycan güləşçiləri Zaqreb reytinq turnirində uğurla çıxış edirlər

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə reytinq turniri davam edir.