Türkiyənin 11-ci Prezidenti Abdullah Gülün adını daşıyan muzeyin və kitabxananın açılışı olub

Türkiyənin 11-ci Prezidenti Abdullah Gülün adını daşıyan muzeyin və kitabxananın açılışı olub
07 Dek 2016 17:36

Dekabrın 4-də Kayseri şəhərində Türkiyənin 11-ci Prezidenti Abdullah Gülün adını daşıyan muzeyin və kitabxananın açılış mərasimi olub.

Açılış mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovdan, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan, Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovdan və parlamentin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevdən ibarət nümayəndə heyəti təmsil edib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, 11-ci Prezident Abdullah Gül, digər ölkələrin yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, tanınmış şəxslər iştirak ediblər.

Mərasimdə əvvəlcə muzey barədə film nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 11-ci Prezident Abdullah Gülün ölkənin siyasi həyatındakı rolundan bəhs edib. Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurulmasında və hakimiyyətə gəlməsində Abdullah Gülün də mühüm xidmətləri olduğunu vurğulayaraq deyib: “Ölkəmizdə siyasi tarix muzeylərinin yaradılması gözəl ənənəyə çevrilib. Abdullah Gülün adını daşıyan muzeyin və kitabxananın yaradılması bu ənənənin növbəti nümunəsidir. Dünyaya səs salan xoş sədaların belə gözəl məkanlar vasitəsilə gələcək nəsillərə ötürülməsi mədəniyyətimizə və tariximizə verilən ən böyük töhfədir”.

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül muzeydə Türkiyənin ən müasir siyasi tarixinə dair ətraflı məlumat almaq imkanının yaradıldığını qeyd edib. Bildirib ki, bu muzeyin ziyarətçiləri Türkiyə tarixi ilə bağlı ətraflı məlumat əldə edə biləcəklər. Abdullah Gül muzeyin və kitabxananın yaradılmasında xidmətləri olan şəxslərə təşəkkürünü bildirib.

Son 14 ildə Türkiyədə mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan Baş nazir Binəli Yıldırım bu uğurların qazanılmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və 11-ci Prezident Abdullah Gülün mühüm xidmətləri olduğunu diqqətə çatdırıb.

Sonra muzeyin rəmzi açılışını bildirən lent kəsilib.

Ümumi sahəsi 7000 kvadratmetr olan muzeydə doqquz bölmə yaradılıb. Muzeydə nümayiş etdirilən sənədlər, fotoşəkillər və digər eksponatlar alimlər, tədqiqatçılar, tələbələr, eləcə də Türkiyənin siyasi tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir.


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.