Türkiyənin yeni Konstitusiyasının layihəsi imzalanması üçün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
REALPRESS.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisində (parlament) keçirilən səsvermədə 339 deputat qanun layihəsinin lehinə, 142 deputat isə əleyhinə səs verib.
Qanun parlamentin vitse-spikeri Əhməd Aydın tərəfindən imzalanıb.
Türkiyə prezidenti 15 gün ərzində qanunu təsdiq və ya rədd etməlidir. Sənəd prezident tərəfindən təsdiq edildiyi halda, qanunun mətni rəsmi mətbuatda dərc olunacaq.
Konstitusiyaya dəyişikliklərlə bağlı referendum, qanun mətninin rəsmi mətbuatda dərc olunduğundan 60 gün sonra, birinci bazar günü keçiriləcək
“İsveç və Finlandiyadan konkret addımlar gözləyirik”.
Danimarkanın baş naziri Mette Frederiksen Ukraynada səfərdədir.
Moskvada səfərdə olan Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardari Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.