Türkiyənin ordu generalı: aprel döyüşlərinin nəticələri Azərbaycan ordusunun qüdrətinin göstəricisidir

Türkiyənin ordu generalı: aprel döyüşlərinin nəticələri Azərbaycan ordusunun qüdrətinin göstəricisidir
15 Dek 2016 15:05

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu komandanı, ordu generalı Musa Avseverlə görüşüb.

Görüşdə M.Avsever Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin qorunmasının və daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan ordu generalı diqqətə çatdırıb ki, eyni tarixə, kökə, dilə, dinə və ənənələrə mənsub olan iki qardaş xalq arasında əlaqələrin qorunması və inkişafı tarixi əhəmiyyət daşıyır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa edəndən sonra hərbi və müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirən M.Avsever Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasından narahatlığını ifadə edib. Bildirib ki, aprel döyüşlərində işğal altındakı torpaqların bir qisminin düşməndən azad edilməsi Azərbaycan Ordusunun şücaətinin və qüdrətinin göstəricisidir.

M.Hacıyev bir neçə gün əvvəl İstanbulda törədilən terror aktı nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Baş konsul diqqətə çatdırıb ki, Türkiyədə baş verən istənilən xoşagəlməz hadisə, o cümlədən terror aktları Azərbaycanda böyük sıxıntı ilə qarşılanır. Biz erməni terrorizmdən əziyyət çəkən ölkəyik. Azərbaycan bütün məsələlərdə, o cümlədən terrorçuluqla mübarizədə qardaş Türkiyənin yanındadır.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.