Türkiyədə parlament binası mühasirəyə alındı

Türkiyədə parlament binası mühasirəyə alındı
09 2017 16:28

Türkiyə polisi Ankarada Türkiyə Böyük Millət Məclisinin binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verib.

Parlament ətrafına çevik polis qüvvələri də cəlb olunub. Parlament binası hər hansı bir insidentin qarşısının alınması məqsədilə polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, bu gün Türkiyə parlamentində ölkə konstitusiyasına dəyişikliklərin müzakirəsi başlayıb.

Müzakirələrdə ölkənin bütün siyasi partiyaları iştirak edir. Bundan əvvəl müxalif Cümuriyyət Xalq Partiyasının (CHP) Ankara şəbəsi parlament yaxınlığında etiraz mitinqi keçirəcəyini elan etmişdi.


15 İyul 2025
Dünya

EYOF-da Azərbaycanı 8 taekvondoçu təmsil edəcək

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 8 taekvondoçu təmsil edəcək.

15 İyul 2025
Dünya

İspaniyalı futbolçu Niderland çempionatında çıxış edəcək

Niderland təmsilçisi "Ayaks" İspaniyanın "Valyadolid" klubunun yarımmüdafiəçisi Raul Moronu sıralarına cəlb edib.

15 İyul 2025
Dünya

Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb

Ukrayna Radası ölkədə ümumi səfərbərliyin avqustun 7-dən etibarən 90 gün müddətinə uzadılmasına səs verib.

15 İyul 2025
Dünya

İsrail Livanın şimal-şərqində "Hizbullah"ın obyektlərinə zərbələr endirir

İsrail Müdafiə Ordusu Livanın şimal-şərqində Bekaa vadisində "Hizbullah" qruplaşmasının obyektlərinə zərbələr endirir.

15 İyul 2025
Dünya

İraqda neft yatağında partlayış olub

İraqda neft yatağında partlayış baş verib.