2016-cı ildə Azərbaycan vətəndaşları Türkiyədə ümumilikdə 280 247 m² həcmi olan 724 mənzil alıblar.
"APA-Economics" xəbər verir ki, bu barədə Türkiyənin mənzil bazarı araşdırması ilə məşğul olan “EVA Gayrimenkul Değerleme” şirkətinin hesabatında deyilir.
Məlumata görə, 2015-ci ildə azərbaycanlılar qardaş ölkədə ümumi ərazisi 127 172 m² olan 864 ədəd əmlak alıb ki, bu da bir ildə mənzil həcminə görə 153 075 m² və ya 12,04% çoxdur. Alınan mənzillərin sayında isə 140 ədəd və ya 16,20% azalma qeydə alınıb.
Ötən il Türkiyədə daşınmaz əmlak alan əcnəbilərin sayına görə tərtib olunmuş siyahıda birinci yerdə Səudiyyə Ərəbistanı qərarlaşıb. Bu ölkənin vətəndaşları Türkiyədə 782 674 m² həcmində 1 827 mənzil alıblar. Almaniya vətəndaşları 649 254 m² həcmində 1 474 ədəd, Böyük Britaniyalılar 557 706 m² həcmində 2 556 ədəd, Küveytlilər 480 135 m²-lik 1 749 ədəd ev alıb.
Ötən il iraqlılar ümumi sahəsi 269 640 m² olan 3726 ədəd, Rusiya vətəndaşları 201 538 m² həcmində 1 449 ədəd, Livan vətəndaşları 175 602 m²-lik 191 ədəd, Şimali Kipr Türk Respublikasının vətəndaşları 172 382 m² olan 180 ədəd, Əfqanıstan vətəndaşları isə 145 127 m² olan 1 623 əmlak sahibi olub.
“EVA Gayrimenkul Değerleme' şirkəti əcnəbilərin Türkiyədə aldıqları ev və əmlakları şəhərlər üzrə də qruplaşdırıb. Əgər 2015-ci ildə əcnəbilər Muğla, İstanbul, Antalya, Bursa, Kocaeli, Yalova, Ankara, Aydın, Sakarya və Biləcik şəhərlərində ev alırdısa, 2016-cı ildə bu siyahıda Muğla, İstanbul, Antalya, Bursa, Yalova, Sakarya, Kocaeli, Adana, Aydın və Samsun şəhərləri qərarlaşıb.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.