Türkiyədə fövqəladə vəziyyətlə bağlı yeni qərara görə, çevriliş cəhdindən sonra işdən uzaqlaşdırılmış 416 nəfər vəzifələrinə bərpa olunub.
REALPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki , bəzi dövlət qurumlarının siyahısında vəzifələrə qayıdanların sayı göstərilir:
Türk Silahlı Qüvvələrindəki (TSK) vəzifələrinə geri qayıdanların sayı isə 7 nəfər olub. Onların arasında professor, general Atilla Güngör da var.
Mart ayında Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən verilən məlumata görə, ötən ilin iyul ayında baş verən dövlət çevrilişinə cəhddən sonra “FETO araşdırması” nəticəsində 125 min 485 nəfər insan vəzifədən uzaqlaşdırılmışdı.
Nazirlik mart ayına qədərki müddətdə 18 min 331 insanın da vəzifəsinə geri qaytarıldığını xəbər vermişdi.
Ukrayna Prezidenti Vladimir Zelenskinin aprelin 10-da Türkiyəyə səfəri baş tutacaq.
Böyük Britaniyada Edinburq hersoqu, şahzadə Filipin ölümü ilə bağlı matəm elan olunub.
Gürcüstanda epidemioloji vəziyyət kritik həddə yaxındır.