Türkiyənin Özəlləşdirmə Şurası "Türkiye Petrolleri Petrol Dağıtım AS" şirkətinin yanacaqdoldurma şəbəkəsinin 100 faizlik özəlləşdirilməsinə icazə verib.
Bu barədə Trend "Resmi Gazete"ye istinadən məlumat verir.
Yanacaqdoldurma şəbəkəsinin yeni sahibi ötən il oktyabrın 20-də keçirilmiş tenderdə ən yüksək məbləğ - 490 milyon lirə təklif edən "Zülfikarlar Holding AS" şirkəti olacaq.
Qeyd edək ki, "Türkiye Petrolleri" (TP) avtomobil yanacaqdoldurma şəbəkəsi 1963-cü ildə Тürkiyə Neft-Qaz Korporasiyası (TPAO) tərəfindən yaradılıb. TP təqribən 400 yanacaqdoldurma stansiyasına malikdir.
"Zülfikarlar Holding" isə 1942-ci ildə İstanbulda azərbaycanlı mühacir ailəsi Zülfüqarlar tərəfindən yaradılıb. Holdinq, əsasən, kimyəvi məhsulların istehsalı ilə məşğul olur, 1994-cü ildən isə "Turkuaz Petrol Ürünleri A.Ş." adı altında energetika sektorunda fəaliyyət göstərir. Holdinqə, həmçinin "Akdeniz Faktoring Hizmetleri A.Ş.", "Trend Lojistik A.Ş." kimi iri şirkətlər daxildir.
Milli Məclisin yaz sessiyasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin hazırlanması üzərində iş davam etdiriləcək.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər yayıb.
Aşağı gəlirli olan insanlara təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur.
Brifinqdə söylədiyim “Biz əgər təhsil haqqını 500 manat etsək, onda hamı və ya çox adam ali təhsil alar” fikri məcrasından çıxarılaraq ictimaiyyətə fərqli formada təqdim edilib. Bu, təhsilin keyfiyyəti ilə onun qiyməti arasında olan əlaqədir.