Türkiyədə daha bir partlayış: üçüncü terrorçu axtarılır  (YENİLƏNİB-4)

Türkiyədə daha bir partlayış: üçüncü terrorçu axtarılır (YENİLƏNİB-4)
06 2017 10:03

Türkiyənin İzmir şəhərində daha bir partlayış olub.

Trend-in NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış məhkəmə binası qarşısında saxlanılan şübhəli avtomobillərdən birinin istehkamçılar tərəfindən zərərsizləşdirilməsi cəhdi ilə bağlı ola bilər.

Hazırda üçüncü terrorçunun axtarışı davam etdirilir.

"Anadolu" agentliyi məlumat verir ki, bundan əvvəl partlayış nəticəsində ölən şəxslər polis və məhkəmə əməkdaşıdır.

X X X

18:03

Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, iki terrorçu öldürülüb, biri axtarılır.

X X X

17:53

Trend-in "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayışdan sonra terrorçularla polis əməkdaşları arasında baş verən atışma zamanı 2 asayiş keşikçisi həlak olub.

X X X

Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayışdan sonra terrorçularla polis əməkdaşları arasında atışma olub.

Trend-in "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerində iki terrorçunun meyiti var.

X X X

17:26

Türkiyənin İzmir şəhərində partlayış baş verib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, İzmir məhkəməsi binasının qarşısında iki avtomobil partlayıb.

Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.

X X X

Trend-in "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb.

Bunun terror aktı olduğunu iddia edən agentlik xəbər verir ki, partlayışdan sonra atışma səsləri gəlib. Yerdə bir terrorçunun cəsədi var.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.


31 May 2023
Dünya

Almaniya Rusiyanın dörd konsulluğunu bağlamaq niyyətindədir

Almaniya hökuməti bu ölkədə fəaliyyət göstərən beş Rusiya konsulluğundan dördünü bağlamaq niyyətindədir.

31 May 2023
Dünya

Latviyanın yeni prezidenti seçilib

Latviya parlamenti Edqars Rinkeviçi ölkə prezidenti seçib.

31 May 2023
Dünya

Ukrayna ordusu ötən gecə Rusiyanın 32 PUA-sını məhv edib

Ukrayna ordusu ötən gecə Rusiyanın 32 pilotsuz uçuş aparatını (PUA), 15 artilleriya qurğusunu və bir hava hücumundan müdafiə sistemini məhv edib.

31 May 2023
Dünya

Türkiyədə Rəcəb Tayyib Ərdoğan adına fond yaradılıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adına ölkədə fond yaradılıb.

31 May 2023
Dünya

Ərdoğan “Qalatasaray”ı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23-cü dəfə Türkiyə çempionu olan "Qalatasaray"ı təbrik edib.