Türkiyə hakimiyyəti sərhələrdə təhlükəsizliyin səviyyəsini artırmaq üçün sərhədyanı keçid məntəqələrində sifətlərin tanınması sistemini quraşdırır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfəngçi bildirib.
“Axtarışda olan insan nəqliyyat vasitələrinin sərnişin və sürücüləri ilə birgə sərhəddi keçməyə çalışarsa sifətlərin tanınması sistemi onu aşkar edəcək. Bu innovasiya beynəlxalq terrorizm və cinayət ilə mübarizəyə öz töhvəsini verəcək”, - Tüfəngçi Anadolu agentliyinə verdiyi müsahibəsində bildirib.
“Bundan başqa sərhəddi keçənlərin fotoları Baş polis idarəsinin məlumat bazasına daxil edilir, bu isə gələcəkdə cinayətkarların məsuliyyətə cəlb edilməsi, qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən, silah, narkotik və insan alveri ilə səmərəli mübarizə üçün əsas yaradır”, - o, əlavə edib.
Onun sözlərinə görə, sifətlərin tanınması sistemi Türkiyənin İran, İraq və Suriya ilə sərhədin 11 keçid məntəqəsində quraşdırılıb.
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə görüşüb.
Türkiyənin Konya şəhərində yük maşını ilə sərnişin avtobusu yolda dayanmış TIR-a çırpılıb.
Böyük Britaniya və İrlandiyada tüğyan edən "Eovin" fırtınası səbəbindən dəmir yolu və hava nəqliyyatında fasilələr müşahidə olunur.