Türkiyədə müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Attila Kaya vəzifəsindən istefa verib.
Trend "Hürriyet"ə istinadən xəbər verir ki, o, istefasına səbəb kimi partiya sədri Dövlət Bağçalının Türkiyədə prezident üsul-idarəsinə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinə dəstək bəyanatını göstərib.
Atilla Kaya mətbuata bildirib ki, o, bu dəyişikliklərin qəti əleyhdarıdır: "İstefam şəxsi mövqeyim ilə əlaqəlidir. Mənim vicdan və əqidəm bu dəyişikliklərin əleyhinə səs verməyi tələb edir və mən ikiüzlü davrana bilmərəm".
Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.