Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin cənubundakı Hatay əyalətində Suriya Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
REALPRESS.Az-ın məlumatına görə, APA-nın “Daily Sabah”a istinadən verdiyi xəbərə görə, Türkiyənin axtarış-xilasetmə qurumlarının əməkdaşları artıq qəzaya uğramış təyyarənin qalıqlarını aşkarlayıblar. Təyyarənin göyərtəsində pilotun olmadığı qeyd edilir. Pilotun axtarışları davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl “Əhrar aş-Şam” qruplaşmasının silahlıları Suriyanın şimal-qərbində “MİQ-21” tipli təyyarə vurduqlarını bəyan ediblər. Pilotun katapultə olunaraq Türkiyə ərazinə endiyi bildirilib.
Türkiyə tərəfi qəzaya uğrayan təyyarənin “MİQ-23” olduğunu bildirir.
“Əl Masdar” nəşri hərbi mənbəyə istinadən bildirib ki, Suriya hərbi komandanlığı İdlib əyalətində aşağı hündürlükdən uçan Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi ilə əlaqəni itirib.
Lakin mənbə terrorçuların iddiasını rədd edərək təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını qeyd edib. Pilot katapultə olunaraq Türkiyə ərazinə enməyə müvəffəq olub.
21:46
Türkiyənin Hatay şəhərinin Samandağ qəsəbəsində bir hərbi təyyarənin qəzaya uğradığı və pilotların paraşütlə tullandığına dair xəbərlər yayılıb.
REALPRESS.Az ölkə.az-a istinadən xəbər verir ki, təyyarənin Amanos dağlarının ətəyinə çırpıldığı və ətrafa böyük səs-küy yayıldığı bildirilir.
Hadisə yerinə polislərin və xilasetmə qrupunun gəldiyi bildirilir.
“Finala çıxanda emosiyalar çox idi, həyəcan vardı. Əlbəttə, meydana çıxdıqdan sonra həyəcan geridə qaldı və başa düşdük ki, biz rəqibdən güclüyük”.
Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenski dörd dəfə Rusiya lideri Vladimir Putinə ikitərəfli sammit təklif edib.
Bu gün ərzaq daşıyan daha bir gəmi Ukraynanın Çernomorsk limanından yola düşüb.