Trabzon şəhərində Türkiyə-Qətər Ali Strateji Komitənin ikinci toplantısı keçirilib. Toplantı çərçivəsində Türkiyə Respublikası ilə Qətər Dövləti arasında elm, səhiyyə, informasiya, gənclər və idman, mədəniyyət, gömrük, kənd təsərrüfatı və s. sahələri əhatə edən əməkdaşlıq sazişləri imzalanıb.
Sənədlərin imzalanması Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə həyata keçirilib.
Mariupolun müdafiəçisi Dmitri Kozatski dağıdılmış “Azovstal”dan bir neçə kadr paylaşıb. Fotolarda bu müddət ərzində Rusiya qoşunlarının hücumuna məruz qalan zavodun bombalanmasının nəticələrini görmək olar.
“Müdafiə sənayesi sahəsində nailiyyətlərimizi dostlarımızla bölüşmək iradəmizin əlaməti olan “Pakistan MİLGEM” layihəsini daha böyük əməkdaşlığın müjdəçisi kimi qəbul edirəm”.
Böyük Britaniyanın Baş naziri Boris Consonun atası Stenli Consona Fransa vətəndaşlığı verilib.