Türkiyə baş nazirinin müavini Avropa ölkələrini Türkiyə ilə əməkdaşlığı gücləndirməyə çağırıb

Türkiyə baş nazirinin müavini Avropa ölkələrini Türkiyə ilə əməkdaşlığı gücləndirməyə çağırıb
05 2017 16:45

Türkiyə baş nazirinin iqtisadiyyata cavabdeh müavini Mehmet Şimşək Avropa ölkələrini ikili standartlara son qoyaraq Türkiyə ilə münasibətləri qarşılıqlı mənafelər əsasında inkişaf etdirməyə çağırıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, İstanbulda keçirilən Avrasiya İqtisadiyyat Zirvəsindəki çıxışında dünyada davam edən iqtisadi problemlərdən danışan M. Şimşək yaşanan şoklara baxmayaraq, Türkiyə iqtisadiyyatının müqavimətini qoruduğunu vurğulayıb.

15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişi  təşəbbüsünü xatırladan baş nazirin müavini ABŞ-da yaşayan “imam” ləqəbli terror təşkilatı başçısının Türkiyəyə qaytarılmasının lüzumundan bəhs edib. O, Avrasiya İqtisadi Zirvəsində iştirak edən liderlərə müraciət edərək onları FETÖ-nün tədris müəssisələrinə öz ölkələrində yer verməməyə çağırıb.

M. Şimşək beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyənin bütün ölkələrlə var gücü ilə əməkdaşlıq etdiyini söyləyib.


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.