Bu gün səhər saatlarında Bişkek yaxınlığında qəzaya uğramış "Boeing 747-400" yük təyyarəsinin məxsus olduğu Türkiyənin "АСТ" aviaşirkətindən bildiriblər ki, qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat veriblər.
Mətbuat xidmətindən bildiriblər: "Təəssüflə bildiririk ki, Honkonqdan Bişkekə uçan yük təyyarəmiz naməlum səbəblərdən qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır, hazırda ekipaj üzvlərinin taleyini öyrənməyə çalışırıq".
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında yaşayış məntəqəsi üzərində qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.
“Finala çıxanda emosiyalar çox idi, həyəcan vardı. Əlbəttə, meydana çıxdıqdan sonra həyəcan geridə qaldı və başa düşdük ki, biz rəqibdən güclüyük”.
Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenski dörd dəfə Rusiya lideri Vladimir Putinə ikitərəfli sammit təklif edib.
Bu gün ərzaq daşıyan daha bir gəmi Ukraynanın Çernomorsk limanından yola düşüb.