Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı silahlı hücumu kəskin şəkildə pisləyir.
Trend-in məlumatına görə, XİN-in bəyanatında deyilir:
"Türkiyə bu xəyanətkar terror aktını qınayır. Hücum edən şəxs zərərsizləşdirilib. Bu faciəvi hadisə geniş və hərtərəfli araşdırılacaq. Bütün günahkarlar Türkiyə ədalət məhkəməsi qarşısında cavab verəcəklər.
Türkiyə Rusiya və digər tərəfdaşlarla birlikdə gələcəkdə də terrorizmlə qətiyyətli mübarizə istiqamətində addımlar atacaq".
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qara dənizdə baş verən siyasi hadisələrlə bağlı danışıb.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna əlaqələrinə münasibət bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın yeni administrasiyasının “erməni soyqrımı”nı tanıyıb-tanımayacağı ehtimalı ilə bağlı sualı cavablandırıb.