Türkiyə Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsini həyata keçirmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu Qarsda olan Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.
Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi artıq başa çatır:
"Bu layihə Qars bölgəsinə də fayda verəcək. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən sonra İğdırdan Naxçıvana, İrana və Pakistana dəmiryolu çəkəcəyik".
Ə.Arslan əlavə edib ki, bu məsələ İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən 13-cü sammitində də müzakirə olunub: "Bölgələrin yükünü Qarsdan Avropaya daşımaq niyyətindəyik".
Neft son həftələr ərzində sürətli şəkildə bahalaşdı və bu proses özü ilə birgə bazarda nikbin proqnozların artmasına da səbəb oldu. Lakin, nəzərə alsaq ki, neft qiymətləri özünün dəyişkənlik dinamikasına görə fərqlənir, onun qiymətinin yenidən aşağı səviyyəyə enməsi istisna hal deyil.
Qlobal tullantılar keçən il 2 milyard ton azalıb.