Almaniya kansleri Angela Merkel Türkiyəyə səfəri çərçivəsində fevralın 2-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, görüşdən sonra mətbuat üçün verilən açıqlamada Türkiyə Prezidenti Almaniya kansleri ilə hərbi, siyasi, iqtisadi və ticari əlaqələri, həmçinin beynəlxalq və regional terrorizmə qarşı mübarizə məsələlərini müzakirə etdiklərini bildirib.
Söhbət zamanı, həmçinin Türkiyə və Almaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivəri barədə fikir mübadiləsi apardıqlarını qeyd edib. Prezident deyib: “Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi hazırda 35 milyard dollar təşkil edir. Biz ticarət dövriyyəsinin artırılması ilə bağlı görə biləcəyimiz işləri nəzərdən keçirdik”.
“İslamist terror” ifadəsinin müsəlmanları narahat etdiyini qeyd edən Türkiyə Prezidenti bu cür ifadələrin işlədilməsinin doğru olmadığını bildirib. İslam sülh mənasinı verir, buna görə də İslamı terrorla yan-yana gətirmək olmaz.
Son bir həftə ərzində 350-yə yaxın ABŞ vətəndaşı və orada yaşamaq icazəsi olan şəxslər Vaşinqtonun təşkil etdiyi aviareyslərlə Livanı tərk edib.
İranın xarici işlər naziri Abbas Ərakçi Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün bu ölkədə səfərdədir.