Türkiyə Niderland tərəfindən beynəlxalq hüququn pozulması barədə BMT-yə məlumat verib

Türkiyə Niderland tərəfindən beynəlxalq hüququn pozulması barədə BMT-yə məlumat verib
16 2017 09:04

Türkiyə Niderland tərəfindən beynəlxalq hüququn pozulması barədə BMT-yə məlumat verib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə Niderlandı Vyana konvensiyasının pozulmasında ittiham edir.

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə nota ünvanlayıb.


13 İyun 2025
Dünya

Türkiyədə zəlzələ oldu

Türkiyənin Sivas vilayətinin Gürün rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb.

13 İyun 2025
Dünya

İsrail on minlərlə əsgəri xidmətə çağırır

İsrail Müdafiə Ordusu on minlərlə əsgəri xidmətə çağırır.

13 İyun 2025
Dünya

İranda 60-dan çox məkan vurulub

Hazırda İranda 60-dan çox vurulan məkanda yardım və xilasetmə işləri aparılır.

13 İyun 2025
Dünya

İsrail səfərbərlik elan etdi

İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) ehtiyatda olan hərbçilərin (rezervistlər) səfərbər olunduğunu elan edib.

13 İyun 2025
Dünya

İlham Əliyev TDT ölkələrinin onkoloqlarının Birinci Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev iyunun 13-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.