Estoniyanın razılığı olsa, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) bu ölkədə məscid tikintisini maliyyələşdirməyə hazırdır. TİKA-nın nümayəndələri Estoniyada səfərdə olublar.
“Eesti Paevaleht” qəzeti yazır ki, bu mövzu ilə bağlı tez-tez səslənməkdə olan bəyanatlar Estoniyada müsəlmanlar üçün ibadət evinin tikintisinin Türkiyə üçün getdikcə əhəmiyyətli işə çevrildiyini göstərir. Layihə birbaşa Türkiyə Baş nazirinin aparatına tabe olan TİKA tərəfindən maliyyələşdirilə bilər.
Türkiyə Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə oktyabr ayında Estoniyada olub və danışıqlarda iştirak edib. O, Türkiyənin Estoniyada yaşayan müsəlmanlara dəstək göstərmək niyyətini bildirərək deyib: “Estonlar razılaşsalar, biz Tallində, yaxud başqa yerdə sevə-sevə məscid inşa edərdik”.
Qəzetin məlumatına görə, müsəlmanlara kömək göstərilməsini Estoniya müsəlmanlarının imamı İldar Muxammedşinin xanımı Liya xahiş edib.
Amerikalı üzgüçü Qretçen Uolş 50 metr məsafəyə kəpənək üsulu ilə üzməkdə dünya rekordu müəyyənləşdirib.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 % artaraq 3,1 milyard ABŞ dolları təşkil edib.
Filippinin mərkəzi Neqros adasında Kanlaon vulkanının yenidən püskürməsi təhlükəsi ilə əlaqədar 87 minə yaxın filippinli təxliyə edilib.