Diyarbakırda partlayış təmir zamanı baş verib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
“Xaricdən heç bir müdaxilə yoxdur. Təmir zamanı istifadə edilən avtomobil partlayıb. Bir nəfər uçqun altında qalıb, bir nəfər ağır yaralanıb, yüngül xəsarət alanlar da var”.
COVID-19 virusunun Böyük Britaniya ştammı (B.1.1.7) Avropanın 43, Cənubi Afrika variantı (B.1.351) 26, Braziliya variantı isə (P1) 15 ölkəsində aşkarlanıb.
Almaniya kansleri Angela Merkel ölkənin koronavirus məhdudiyyətlərinin yumşaldılacağını açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında 14-cü Zirvə toplantısında çıxış edib.