Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsini şiddətlə qınadığını ifadə edib.
Assambleyadan Trend-ə verilən məlumata görə, TürkPA üzv dövlətlərinin həmişə terrorizmin hər hansı bir növü və yaxud təzahür formasına qarşı çıxış etdiyini vurğulayan J.Asanov səfirin öldürülməsinə heç bir halda bəraət qazandırıla bilinməyəcəyini və bunun ölkələr arasında mehriban qonşuluq münasibətlərini korlamaq niyyəti güddüyünü bildirib.
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Hacıyeva Sülhanə Sərdar qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.
2 iyul - Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib.
Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.