Türk professor Azərbaycan Tibb Universitetində təqdimatla çıxış edib

Türk professor Azərbaycan Tibb Universitetində təqdimatla çıxış edib
06 2017 17:55

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında İstanbul Medipol Universitetinin “Mega” Xəstəxanasının nümayəndələrinin iştirakı ilə “Xoşxassəli və bədxassəli şişlərə yanaşmalar” mövzusunda seminar keçirilib.

ATU-dan AZƏRTAC-a bildiriblər ki, seminarın açılışında çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev bu cür tədbirlərin əhəmiyyətindən danışıb.

Sonra “Mega” Xəstəxanasının beyin və sinir cərrahiyyəsi bölməsinin rəhbəri, professor Nejat Akalan “Qlial şiş, cərrahi müdaxilə prinsipləri və yeni inkişafları” mövzusunda təqdimatla çıxış edib.

Seminar çərçivəsində videokonfrans formatında hər iki universitet xəstəxanalarının həkimləri arasında müzakirə və danışıqlar aparılıb.


1 May 2020
Səhiyyə - Sağlamlıq

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 38 yeni yoluxma

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.