İstanbulda yağan güclü qar bır sıra çətinliklər yaradıb.
AZƏRTAC Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Əsas yollarda nəqliyyatın hərəkəti üçün ciddi problemlər olmasa da, bəzi duz səpilməmiş küçələrdə avtomobillərin hərəkətində çətinliklər yaranır.
Məhdud görmə şəraiti səbəbindən İstanbul Boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Türk Hava Yolları isə yağan güclü qar səbəbi ilə Atatürk və Sabiha Gökçen hava limanlarından reallaşdıracağı 277 daxili və xarici reysi ləğv edib.
Pegasus Hava Yolları da reallaşdırılması planlaşdırılan 74 daxili və xarici reysi təxirə salıb.
Həmçinin İstanbul dəniz avtobuslarının hərəkəti də dayandırılıb.
Qeyd edilir ki, 834 evsiz vətəndaş şaxtalı hava şəraiti ilə əlaqədar Zeytinburnu İdman Kompleksində müvəqqəti olaraq yerləşdiriliblər.
Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.
İsrail Knesseti (parlament) buraxılıb.
Ukraynanın Rusiya qüvvələrinin işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi yola düşüb.