ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama onun xoşuna gəlir və bu münasibət qarşılıqlıdır. Trend-in məlumatına görə, D.Tramp bunu "Fox News" telekanalına müsahibəsi zamanı deyib: "Bilirəm mən də onun xoşuna gəlirəm, amma bilmirəm o, bunu etiraf edər, ya yox".
Daha sonra Tramp prezident seçkiləri dövründə Obamanın digər namizəd Hillari Klintonu dəstəkləməsini də qeyd edərək bildirib: "O dönəmdə bir-birimizə çox söz demişik. Lakin seçkilər bitidi, inauqurasiyadan sonra maşına oturub Pensilvaniyaya getdik və olanları heç xatırlamadıq”.
ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.
İraqın şimalında “Tauke” neft yatağına növbəti dəfə pilotsuz təyyarə (PUA) hücumu həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar.