Tramp inauqurasiya günü bir neçə fərman imzalayacaq

Tramp inauqurasiya günü bir neçə fərman imzalayacaq
20 2017 10:07

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp  inauqurasiya günü bir neçə fərman imzalamaq niyyətindədir. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə,  Tramp səlahiyyətlərindən istifadə edərək Meksika ilə sərhəddə səddin inşa edilməsi və immiqrasiyanın məhdudlaşdırılması istiqamətində ilk addımlar atmaq niyyətindədir. Bundan başqa o, Barak Obamanın qəbul etdiyi bəzi fərmanları ləğv etmək niyyətindədir.

Tramp həmçinin seçki kampaniyası və seçildikdən sonra sərt tənqid atəşinə tutduğu Mərkəzi Kəşfiyyat İdarəsinin mənzil qərargahına baş çəkməyi planlaşdırır.  

Məlumata görə, Trampın imzalaması üçün 200-dək müxtəlif fərman hazırlanıb, yeni prezident inauqurasiya günü onlardan bir neçə əhəmiyyətlisini seçib imzalayacaq.   


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.