Tramp İraq vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyan qanunu ləğv edib

Tramp İraq vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyan qanunu ləğv edib
07 2017 11:29

Prezident Donald Tramp İraq vətəndaşlarının Birləşmiş Ştatlara girişi məhdudlaşdırılan müsəlman ölkələrinin siyahısından çıxarıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Bağdad hökumətinin Vaşinqtonla terrorizmə qarşı əməkdaşlığı aktivləşdirməsi İraqın siyahıdan çıxarılmasına şərait yaradıb. Bu barədə xarici jurnalistlərə məlumat verən Ağ ev rəsmiləri ölkə başçısının miqrasiya ilə bağlı yeni sənəd imzalanmaq niyyətində olduğunu bildiriblər.

Qeyd edilib ki, İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a girişinin 90 günlük məhdudlaşdırılması artıq təsdiqlənib. İraqın istisna edilməsinin səbəbi hökumətin ölkədən çıxanlara qarşı yeni yoxlamalar tətbiq etməsidir.


9 İyun 2023
Dünya

Türkiyədə kitabxanaların sayı 50 minə çatıb

Türkiyədə 2022-ci ildə kitabxanaların sayı 43,4% artaraq, 49 min 537-ə çatıb.

9 İyun 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

9 İyun 2023
Dünya

Peruda “denge” virusundan ölənlərin sayı kəskin artır

Peruda ilin əvvəlindən bəri ölkədə “denge” qızdırmasından 201 nəfər həyatını itirib.

9 İyun 2023
Dünya

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 1-7 iyun tarixləri üçün hesabatı dərc olunub.

9 İyun 2023
Dünya

Yaponiyada 200 mindən çox insana təxliyə tövsiyəsi verilib

Yaponiyada 200 mindən çox insana təxliyə tövsiyəsi verilib