Tovuz rayonuda saxta pulla alış-veriş edən 25 yaşlı gənc saxlanılıb.
REALPRESS.Az Report-a istinadən xəbər verir ki, rayonun Böyükqışlaq kənd sakini Namiq Bayramov 5 ədəd 100 manatlıq saxta əskinasları dövriyyəyə buraxmağa çalışarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Belə ki, o, Tovuzda fəaliyyət göstərən, Mehriban Quliyevanın satıcısı olduğu marketə daxil olaraq siqaret və alışqan alaraq 100 manatı qadına verib. Pulun qalığını götürüb mağazadan çıxan gəncin əməlindən satıcı bir neçə saat sonra xəbər tutub. M. Quliyeva ona verilən pulun saxta olduğunu bilib və Tovuz polisini bu barədə məlumatlandırıb.
25 yaşlı Namiq Bayramovun üzərinə baxış keçirilərkən daha 4 ədəd saxta 100 manatlıq əskinaslar aşkarlanıb. Saxlanılan şəxs gördüyü iş müqabilində ona 500 manat pul verildiyini və pulun saxta olmasından xəbərsiz olduğunu bildirib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,17 % azalaraq 75,13 ABŞ dolları olub.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.