Yaponiyanın paytaxtı Tokionun şimal-şərqində 5,3 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Fukusima prefekturasının yaxınlığımda olub, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Tokioda hiss edilib. Sunami təhlükəsi elan edilməyib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb
Finlandiya hökuməti gələn həftə Rusiya ilə sərhəddə bir və ya bir neçə sərhəd-keçid məntəqəsini açmağı nəzərdən keçirir.
İsrail paytaxtı Təl-Əviv də daxil olmaqla ölkənin mərkəzi bölgələrində raket xəbərdarlığı səslənib.