Yanvarın 29-dan fevralın 4-dək Tokioda GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində turizmin inkişafı ilə əlaqədar seminar keçiriləcək.
Bununla əlaqədar Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı mətbuat məlumatında bildirilir ki, seminarda GUAM-ın baş katibi Altay Əfəndiyev, turizm sektorunun inkişafı ilə əlaqədar hökumət qurumlarının və özəl sektorun nümayəndələri, qurumun katibliyinin əməkdaşları iştirak edəcəklər.
Seminar çərçivəsində yapon şirkətləri üçün GUAM üzvü olan ölkələrin turizm potensialına aid təqdimatlar keçiriləcək, bu sahədə təcrübə mübadiləsi aparılacaq. Tokioda olduqları müddətdə seminar iştirakçıları sahə ilə əlaqəli təşkilatlara və obyektlərə də baş çəkəcəklər.
Məlumatda əminliklə qeyd edilir ki, seminar GUAM ölkələri ilə Yaponiya arasında əməkdaşlıq əlaqələrinin gələcək inkişafına mühüm təkan verəcək.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.