Tikinti üçün yararlı torpaq sahələri müəyyən ediləcək

Tikinti üçün yararlı torpaq sahələri müəyyən ediləcək
07 Dek 2016 11:32

Azərbaycan Prezidenti İlham Əliyev “Tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrdə tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsinin və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının şəhərlərində və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrində tikinti aparılması üçün yararlı olan torpaq sahələrini müəyyən etmək məqsədi ilə, həmin şəhər və qəsəbələrin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələri kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) bir il müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak  Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrinin bir ay müddətində, bu fərmanın 1-ci hissəsində nəzərdə tutulan elektron xəritələrin isə həmin xəritələrin təsdiq edilməsindən sonra on gün müddətində öz rəsmi internet səhifələrində (ArcGİS proqramında mdb formatda) yerləşdirilməsini təmin etsinlər.

3. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrinin müvafiq şəhər və rayon inzibati ərazi vahidlərinə aid hissəsinin bir ay müddətində, bu fərmanın 1-ci hissəsində nəzərdə tutulan elektron xəritələrin müvafiq şəhər və rayon inzibati ərazi vahidlərinə aid hissəsinin isə həmin xəritələrin təsdiq edilməsindən sonra on gün müddətində öz rəsmi internet səhifələrində (ArcGİS proqramında mdb formatda) yerləşdirilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.