Ticarət Festivalında iştirakçı kimi qeydiyyatdan keçən mağazalar “Tax free” nişanı ilə fərqlənəcək.
Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Festivala bir sıra qonşu ölkələrdə və son dövrlər Azərbaycana böyük turist axınının müşahidə olunduğu Fars körfəzi ölkələrində maraq var: “Bir ay ərzində Ticarət Festivalı həm xarici turistlərə, həm də yerli istehlakçılara əlverişli alış-veriş və müxtəlif maraqlı əyləncə imkanları təqdim edəcək, ölkəmizə gələn turistlərin sayını artıracaq, turizm, qonaqpərvərlik, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan verəcək. Ticarət turizminin dünya miqyasında trendə çevrilməsi Azərbaycanın turizm imicini beynəlxalq turizm bazarında daha da möhkəmləndirəcək, turizm məhsullarının diversifikasiyasına gətirib çıxaracaq”.
Şöbədən əlavə ediblər ki, Azərbaycan Konqreslər Bürosu festivalın səmərəli keçirilməsi üçün ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək.
Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları, kino nümayişləri və s. təşkil ediləcək.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
2020-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.
2021-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 146 milyon ABŞ dolları təşkil edib.