Tibb Universitetində AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin 90 illik yubileyi qeyd edilib

Tibb Universitetində AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin 90 illik yubileyi qeyd edilib
08 Dek 2016 16:53

Dekabrın 7-də Azərbaycan Tibb Universitetində (ATU) akademik Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

ATU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin açılışında çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli akademik Aqil Əliyevin həyat və fəaliyyəti haqqında, onun müəllifi olduğu araşdırma və təşəbbüslərdən danışıb. Professor Aqil Əliyevin həyatı haqqında qısa məlumat verən rektor xatırlatdı ki, o, 1953-cü ildən etibarən həyatının sonuna qədər Azərbaycan Tibb Universitetində çalışıb. O, gənc yaşlarından öz taleyini, gələcəyini iqtisad elminin inkişafına həsr edib: “Aqil Əliyev ATU-da müəllim, dosent, professor kimi vəzifələrdə işləyib. O, həyatının sonuna qədər ATU-nun iqtisadi nəzəriyyə və hüququn əsasları kafedrasının müdiri vəzifəsini sevərək icra edib”.

Rektor G.Gəraybəyli qeyd etdi ki, professor Aqil Əliyevin elmi araşdırmaları həm sovet, həm də dünya iqtisadiyyatına böyük töhfələr verib. Akademik Aqil Əliyevin Azərbaycan elmi qarşısındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Belə ki, A.Əliyev 1983-cü ildə “Əməkdar Elm Xadimi” adına layiq görülüb, 2005-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Daha sonra AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev tədbir iştirakçılarına professor Aqil Əliyevin elmi, pedaqoji və ictimai fəaliyyəti haqqında məlumat verdi, onu zamanın “səddini keçən görkəmli alim” kimi dəyərləndirdi: “Uzun illərdir ki, xalqımızın ən görkəmli alimləri, elm, sənət adamlarının yubileyləri davamlı şəkildə keçirilir. Əməkdar Elm Xadimi Aqil Əliyevin 90 illik yubileyinin qeyd olunması böyük əhəmiyyət daşıyır. O, yaşadığı mənalı ömründə çox izlər qoyub, hansılar ki, bu gün zaman həddinə sığmır, özünü geniş şəkildə göstərir”.

Sonra Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək Aqil Əliyevin şərəfli ömür yolu ilə bağlı xatirələrini bölüşüb.

O bildirdi ki, tarixi faktlar da Azərbaycanda iqtisad elminin hərtərəfli inkişafında görkəmli iqtisadçıların rolunun olduğunu göstərir. Bu tarixin layiqli nümayəndələrdən biri də Aqil Əliyev olub.

Azərbaycanda Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov çıxışında Aqil Əliyevlə bağlı xatirələrinin onun həyatında unudulmaz izlər qoyduğunu bildirib. O, Aqil Əliyevin sadə və təvazökar şəxsiyyət olaraq hər kəsin qəlbində abidə olaraq qaldığını vurğulayıb.

Aqil Əliyevin ailə üzvləri adından Zərifə Əliyeva çıxış edərək belə mötəbər tədbirin təşkilinə görə professor Gəray Gəraybəyliyə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin və onun xanımının ölkəmizin inkişaf etdirilməsi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı gördükləri işlər göz önündədir.

 


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.