Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Beynəlxalq Universitetlər Assosiasiyasının prezidenti Kaxa Şengeliya ilə görüşüb.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tibb Universitetində olduğundan məmnunluğunu ifadə edən K.Şengeliya, Beynəlxalq Universitetlər Assosiasiyası barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, bu qurum 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının nəzdində yaradılıb və dünyanın 200-dən çox nüfuzlu universiteti bu assosiasiyanın üzvüdür. Assosiasiyanın əsas mərkəzləri Nyu-York və Londonda yerləşir. Beynəlxalq Universitetlər Assosiasiyasının bu ilin iyulun 5-dən 8-ə kimi Avstriyanın paytaxtı Vyana şəhərində toplantısı keçiriləcək. K.Şengeliya G.Gəraybəylini də bu toplantıya dəvət edib.
G.Gəraybəyli qonağa ATU-nun fəaliyyəti, klinikaları haqqında geniş məlumat verib. Bildirdi ki, Tibb Universiteti ölkəmizdə həkim və əczaçılıq üzrə mütəxəssis hazırlayan yeganə ali təhsil müəssisidir. Universitetə ildə təxmini 1000 tələbə qəbul edilir və hazırda 7000-ə yaxın gənc burada təhsil alır. Azərbaycanın aparıcı ali ocaqlarından biri olan ATU xarici tələbələrin sayına görə ölkəmizdə ilk sırada yer tutur.
Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.
Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.
Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.
Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.